bazar ertəsi, 23 iyun 2025

DÜNYA FUTBOLU

"Arsenal"ın futbolçusu üçün mövsüm bitdi

01.01.2020 22:00 Oxundu 351


“Arsenal”ın futbolçusu Kalum Çembers sıradan çıxıb.

Cempion.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi Premyer Liqanın 20-ci turunun “Çelsi” ilə matçında (1:2) zədələnib. 

Çembersin mövsümün sonuna kimi meydana çıxa bilməyəcəyi məlum olub.

Qeyd edək ki, ingiltərəli futbollçu bu mövsüm Premyer Liqada 14 oyuna çıxıb.