bazar, 25 may 2025

BİZİM FUTBOL

“SARAR” “Qəbələ” ilə əməkdaşlıqdan niyə imtina edib? – ÖZƏL!

02.01.2020 12:00 Oxundu 445


Uzun müddət “Qəbələ” klubu ilə əməkdaşlıq edən “SARAR” firması bu əməkdaşlığa son qoyub.

Cempion.az-a daxil olan məlumata görə buna səbəb Səməd Nəsibovun “Qəbələ”dən ayrılması olub.

Belə ki sözügedən şirkətin əyalət klubuna gəlişində sabiq menecerin rolu olmuşdu. Məhz onun klubdan ayrılmasından sonra şirkət də “Qəbələ” ilə əməkdaşlığa son qoyub.

Qeyd edək ki “SARAR” geyim şirkətidir və bir ara “Qəbələ” hətta avrokubok oyunlarına da bu şirkətin təqdim etiyi kostyumlarda gedirdi.