02.01.2020 16:00
398

"Everton"da əsas heyətə düşməkdə çətinlik çəkən Cenk Tosunun gələcəyi barədə komandanın baş məşqçisi Karlo Ançelotti açıqlama verib.
Cempion.az xəbər verir ki, italiyalı mütəxəssis türkiyəli forvardın komanda üçün vacib olduğunu deyib. Tosun bu mövsüm Premyer Liqada 5 oyuna 1 qol vurub:
"Dominik Kelvert-Lyuinə heyranam. Onu gənc hücumçu olduğu üçün əvvələr izləyirdik. Transfer siyahımızda olan oyunçu idi, amma onu ala bilməzdik.
Bir çox klub onu izləyir. Komandanın hücum xəttindən razıyam. Yaxşı hücumçularımız var. Cenk Tosun kimi bombardirlik keyfiyyətləri olan futbolçumuz var. Bundan əlavə, Moyze Kin, Rişarlison və Kelvert-Lyuini də qeyd etməliyəm".