bazar ertəsi, 05 may 2025

DÜNYA FUTBOLU

Suares "Barselona" ilə yeni müqavilə bağlamaq istəyir

02.01.2020 16:31 Oxundu 328


“Barselona”nın futbolçusu Luis Suares Kataloniya təmsilçisi ilə yeni müqavilə imzalamaq istəyir.

Cempion.az xəbər verir ki, bu barədə uruqvaylı hücumçu İspaniya mətbuatına açıqlamasında deyib:

“Hər zaman bütün gücümü verdiyim bu klubda çox xoşbəxtəm. Statistikalar və rəqəmlər də bunu göstərir. Düşünürəm ki, müqaviləmi uzatmaq məsələsini müzakirə edə bilərik. Yəqin yeni sözləşmə imzalayacağıq”.

2014-cü ildən “Barselona”da forma geyinən Suaresin müqaviləsi 2021-ci ilin yayına qədərdir.