02.01.2020 17:21
399
399

David Vilya futbolçu karyerasına son verib.
Cempion.az xəbər verir ki, Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edən 38 yaşlı hücumçu ölkə kubokunun finalında son matçında çıxıb.
Görüşdə Kobe təmsilçisi "Antlers"i 2:0 məğlub edərək, kuboka sahib olub. D.Vilya karyerası ərzində"Barselona", "Atletiko", "Valensiya" kimi klublarda da oynayıb. O, 2005-2017-ci illərdə İspaniya millisinin də formasını geyinib.