bazar, 25 may 2025

BİZİM FUTBOL

3 ay qabaq "Qəbələ"yə gələn futbolçu getməyə hazırlaşır

02.01.2020 13:48 Oxundu 400


"Qəbələ"nin futbolçusu İbrahima Niasse karyerasını Yunanıstanda davam etdirə bilər.

Cemрion.az sport24.gr saytına istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçini "Lamiya" transfer etməyə hazırlaşır.

Seneqallı futbolçunun Superliqa təmsilçisinin təklifinə müsbət yanaşdığı, transfer üçün vizanın həll olunmasını gözlədiyi bildirilir.

Qeyd edək ki, Niasse 2019-cu ilin oktyabrında "Qəbələ"yə keçmişdi. O, 2013/14 mövsümündə də "Qəbələ"də oynayıb. Niasse 2017-ci ilin yanvarından 2018-ci ilə qədər Yunanıstanın “Levadiakos” klubunda çıxış edib.