bazar ertəsi, 05 may 2025

DÜNYA FUTBOLU

"Qarabağ"dan ayrılan qapıçı "Vest Hem"in hədəfində

03.01.2020 13:39 Oxundu 328


İngiltərə Premyer Liqa təmsilçisi “Vest Hem” qış transfer pəncərəsi zamanı heyətinə bir qapıçı cəlb etmək niyyətindədir.

Cempion.az “Sky Sport”a istinadən xəbər verir ki, London klubu“Midlsbro”nun oyunçusu Darren Rendolf və müqavilə ilə “Borntmut”a məxsus olan, bu yaxınlarda “Qarabağ”dan ayrılan Asmir Beqoviçlə maraqlanır.

Qış fasiləsi zamanı bu iki qapıçıdan birinin transfer edilə biləcəyi qeyd edilib.