03.01.2020 15:00
393


"Səbail"dən ayrılan Elvin Yunuszadə hələ də klubsuzdur.
Cempion.az-a daxil olan məlumata görə, yerli klublardan onunla maraqlanan, təklif göndərən hələ ki, yoxdur.
Bu üzdən də Yunuszadə yaxın çevrəsinin imkanlarından istifadə edib ölkə xaricinə yollanmaq istəyir. İlk növbədə Türkiyə variantını nəzərdən keçirdir. Bizdə olan məlumata görə, Elvin Bank Asiya 1 liqanın iddialı klublarından birində oynamağa da razıdır.