03.01.2020 16:00
308

Tottenhem"in baş məşqçisi Joze Mourinyo VAR (videotəkrar) sistemindən narazıdır.
Cempion.az Britaniya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis VAR-ın tətbiqindən sonra meydandakı hakimin səlahiyyətlərinin azaldığını düşünür:
"Düşünürəm ki, VAR-ın adını dəyişmək lazımdır. İş orasındadır ki, "videoköməkçi referi" ifadəsi yanlışdır. Bu, daha çox VR - "videoreferi" adlanmalıdır. Çünki onları özləri hakimdirlər. Çox qəribədir. Meydanda gördüyünüz hakim deyil, köməkçi məhz onlardır. Oyunla bağlı vacib qərarları digər insanlar, kabinetdə olanlar qəbul edirlər".