bazar ertəsi, 05 may 2025

DÜNYA FUTBOLU

Qriqorçuk "Astana"da qalır, ya gedir?

03.01.2020 18:00 Oxundu 348


"Astana"nın baş məşqçisi Roman Qriqorçuk komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Cempion.az xəbər verir ki, ukraynalı mütəxəssis Qazaxıstan mətbuatına müsahibəsində bunları deyib:

"Mənim klubla müqaviləm var. Mövsümün sonunda "Astana" rəhbərliyi ilə danışdıq. Amma bu məsələ müzakirə olunmadı. Məndə başqa məlumat yoxdur".

2018-ci ilin iyunundan "Astana"nı çalışdıran Qriqorçukun klubla bu ilin yayına qədər müqaviləsi var.