bazar ertəsi, 05 may 2025

DÜNYA FUTBOLU

Sabiq futbolçusu "Mansester Yunayted"in durumunu sərt tənqid etdi

03.01.2020 19:00 Oxundu 330


Mançester Yunayted"in və İngiltərə millisinin sabiq futbolçusu Pol Parker komandanın hazırkı durumu kəskin tənqid edib.

Cempion.az xəbər verir ki, o, "qırmızı şeytanlar"ın indiyə qədərki ən pis dövrünü keçirdiyini söyləyib.

P.Parker 1991-1996-cı illərdə “MY”də oynayıb: "Hazırkı "Mançester Yunayted" bütün dövrü ərzindəki ən pis komandadır. “MY” 2013-cü ildən bəri zəifləyir.

O vaxtdan sonra cəmi 3 kubok qazanılıb. Vəziyyəti qısa müddət ərzində dəyişməsələr, hər şey daha da pisləşəcək.

"Mançester Yunayted" transfer bazarında düzgün taktikadan istifadə etməlidir. Klub rəhbərliyi başa düşməlidir ki, yeni oyunçuların keçidi dərhal uğur qazandırmayacaq".