bazar, 22 iyun 2025

BİZİM FUTBOL

"Sabah" da hazırlığa başladı

04.01.2020 12:25 Oxundu 370


"Sabah" yeni ildə ilk məşqinə çıxıb.

Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bakı klubu məşqi "Bank Respublika Arena"da keçirib.

Məşqdə komandanın yeni transferi Mario Marina da iştirak edib.

Qeyd edək ki, "Sabah" yanvar ayının 7-nədək Masazırda məşq edəcək. Ayın 8-də Türkiyəyə yola düşəcək paytaxt təmsilçisi burda 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Jelko Sopiçin yetirmələri yanvarın 11-də Macarıstanın “Pakş”, 15-də Rumıniyanın “Akademika Klinçeni”, 19-da isə Qazaxıstanın “Kaysar” klubları ilə qarşılaşacaq.