04.01.2020 14:00
427


"Sabah" Kərim Diniyevi komandada saxlamağa qərar verib.
Cempion.az xəbər verir ki, qış fasiləsində onun komandadan göndərilməsi gündəmdə idi.
Buna səbəb qış fasiləsinə doğru futbolçunun uğurlu çıxış etməməsi və buraxdığı səhvlər idi. Lakin son anda baş məşqçi Sopiç Kərimin qalmasını istəyib. Buna səbəb paytaxt klubun mərkəz xəttində müdafiəçi probleminin olmasıdır. Çünki Bəhlul Mustafazadə də stabil oynamır. Ruslan Abışovun isə zədədən sonra hansı formada olacağı məlum deyil.