bazar ertəsi, 05 may 2025

BİZİM FUTBOL

"Neftçi"nin legioneri qardaşı ilə birlikdə adada məşq edir - FOTO

04.01.2020 16:27 Oxundu 397


"Neftçi"nin yarımmüdafiəçisi Evangelos Platellas tətildə də boş dayanmır.

Cempion.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, yeni ili doğma Kos adasında ailəsi ilə birlikdə qarşılayan 31 yaşlı futbolçu fərdi məşqlər edir. Hər gün futbolçu qardaşı Anargirosla birlikdə "Antaqoras" stadionuna gedən Platellas mövsümün ikinci hissəsinə hazırlaşır.

Qeyd edək ki, "Neftçi"də ehtiyatda qalan yarımmüdafiəçinin klubunu dəyişə biləcəyi istisna olunmur.