bazar ertəsi, 05 may 2025

BİZİM FUTBOL

AVRO-2020 və Formula-1 PFL-in planlarını dəyişdırdı

04.01.2020 17:31 Oxundu 344


İdman Tv və Azərbaycan Radiosunda "Extra Time" verilişində İlkin Babanın qonağı PFL-in Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov olub.

Cempion.az xəbər verir ki, verilişdə PFL rəsmisi ölkə kubokunun finalının vaxtı və keçirilmə məkanı haqqında rəsmi məlumatı çatdırıb.

E.Abbasov bildirib ki, ölkə kubokunun finalı mayın 16-sı, "Bank Respublika Arena"da keçiriləcək.

Kubokun finalının ənənəvi vaxtda, yəni 28 mayda keçirilməməsinə səbəb isə həmin ərəfədə Bakıda AVRO-2020 oyunları və Formula-1 yarışlarına hazırlıq işləridir. PFL daxili çempionat oyunlarını daha tez yekunlaşdırmaq barədə qərar qəbul edib.