bazar ertəsi, 05 may 2025

BİZİM FUTBOL

Daha bir aparıcı futbolçu "Səbail"i tərk edir

05.01.2020 13:00 Oxundu 330


"Səbail"ın ukraynalı qapıçısı Aleksandr Rıbka Bakı klubundan ayrıla bilər.

Cempion.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı qolkiper karyerasını ölkəsində davam etdirmək istəyir. Onun Premyer Liqa təmsilçisi "Olimpik"ə transfer oluna biləcəyi vurğulanıb.

Qeyd edək ki, A.Rıbka ötən ilin qışından "Səbail"də oynayır. O, mayda klubu ilə 2 illik yeni müqavilə imzalayıb.

Xatırladaq ki, A.Rıbka Ukraynanın "Şaxtyor", "Dinamo", "Oboloni" klublarında çıxış edib.