05.01.2020 14:27
320

"Qarabağ"la icarə müqaviləsi başa çatan "Bornmut"un qapıçısı Asmir Beqoviçin karyerasını harada davam etdirəcəyi hələ müəyyənləşməyib.
Cempion.az-ın Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə İngiltərə klubunun baş məşqçisi Eddi Hou məlumat verib: "Beqoviç istirahətdən qayıtmayıb. Düşünürəm ki, bir neçə günə düşərgəyə qayıdacaq. Gözləyəcəyik. Görək, Asmirlə bağlı növbəti addım necə olacaq".
Qeyd edək ki, "Vest Hem"in Beqoviçi icarəyə götürmək istədiyi və bununla bağlı ona təklif göndərdiyi iddia olunur.