05.01.2020 17:00
368

“Sabah”dan ayrılan Rocer Rohas Azərbaycan çempionatında oynadığına məyus olub.
Cempion.az xəbər verir ki, honduraslı futbolçu diez.hn saytına açıqlamasında bildirib: “Mən Azərbaycanda çıxış etdim. Ordakı ab-havada da, komandanın özü də xoşuma gəlmədi. Orada xoşbəxt deyildim”.
Xatırladaq ki, Rocer Rohas 2019-cu ilin yayında “Sabah”a transfer olunub. Qışda isə onunla müqavilə qarşılıqlı razılaşma ilə ləğv edilib. Rocer “Sabah”da 13 oyun keçirib və 2 qol vurub.