bazar ertəsi, 05 may 2025

DÜNYA FUTBOLU

Qana millisində rüşvət və korrupsiya qalmaqalı: bütün məşqçilər qovuldu

05.01.2020 17:30 Oxundu 384


Qana Futbol Federasiyası milli komandaların bütün məşqçilərini istefaya göndərib.

Cempion.az xəbər verir ki, bu haqda qurumun rəsmi saytı məlumat yayıb. Qərar həm kişi, həm də qadınlardan ibarət yığmalara şamil edilib. Qurum məşqçilərə fəaliyyətlərinə görə təşəkkür edib.

Xarici KİV-lər yazır ki, 2019-cu ilin oktyabrında assosiasiyanın prezidenti seçilən Kurt Okrakunun belə sərt qərar verməsi milinin məşqşçilərinin adının rüşvət və korrupsiyada hallanması olub. Bununla bağlı araşdırma sənədli fimdə əksinə tapıb.

Qeyd edək ki, Qananın kişilərdən ibarət millisini Kvesi Appia çalışdırırdı. O, milliyə ikinci dəfə 2017-ci ildən rəhbərlik edirdi.