06.01.2020 12:00
382


"Neftçi" rəhbərliyi qış transfer pəncərəsi dönəmində baş məşqçi Roberto Bordinlə yolları ayırmaq barədə söhbət edib.
Cempion.az-a daxil olan məlumata görə italiyalı məşqçi getməyə etiraz etmədiyini bildirib.
Lakin klubla qüvvədə olan müqaviləsini əsas gətirərək 200 min avroya yaxın təzminat tələb edib. Halbuki "Neftçi" rəhbərliyi bu roblemi 60-70 min avro ilə həll edəcəyini düşünürmüş. Məhz 200 min söhbətindən sonra geri çəkilməli olub və beləliklə Bordin yaya kimi "Neftçi"dəki işini davam etdirəcək.