bazar ertəsi, 05 may 2025

BİZİM FUTBOL

Millimizin üzvü alman klubunun məşqindən azad olundu

06.01.2020 11:27 Oxundu 356


Milli komandamızın hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi "Proyssen" (Almaniya üçüncü liqa təmsilçisi) təlim-məşq toplanışına başlayıb.

Cempion.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu, yeni baş məşqçi Saşa Hildmannın rəhbərliyi altında komandanın ilk hazırlığı olub.

Qeyd edək ki, Rüfət Dadaşov məşqdən azad edilib. Futbolçu xəstələndiyi üçün Hildmann ona istirahət verib.