bazar ertəsi, 05 may 2025

BİZİM FUTBOL

"Qəbələ" də başladı

06.01.2020 12:26 Oxundu 363

“Qəbələ” 2019-2020-ci illər mövsümünün ikinci yarısının hazırlığına start verib.

Cempion.az xəbər verir ki, Azərbaycan kubokunun 1/4 final mərhələsinin oyunlarından sonra istirahətə yollanan “qırmızı-qaralar” Bakıda bir araya gəlib.

Elmar Baxşıyevin komandası Bakı Olimpiya Stadionunda hazırlıq keçib. Məşq prosesinin ilk yarısı arenanın ehtiyat meydançasında keçirilib.

Futbolçular yüngül qaçışla kifayətləniblər. Ardınca komanda üzvləri fiziki hazırlıq keçiblər. “Qırmızı-qaralar” məşqlərini bu gün davam etdirəcək.