bazar ertəsi, 05 may 2025

BİZİM FUTBOL

"Sumqayıt"ın daha iki rəqibi məlum oldu

06.01.2020 13:32 Oxundu 327

“Sumqayıt”ın Antalya toplanışı zamanı yoxlama oyununda qarşılaşacağı daha iki rəqibi müəyyənləşib.

Klubun mətbuat xidmətindən Cempion.az-a verilən məlumata görə, Ayxan Abbasovun komandası yanvarın 14-də Macarıstanın 2-ci liqa təmsilçisi “Rakotsi” ilə üz-üzə gələcək. "Sumqayıt" yanvarın 18-də isə Rumıniyanın yüksək liqasında çıxış edən "Politexnika" ilə qarşılaşacaq.

Xatırladaq ki, “Sumqayıt” hazırlıq müddətində yanvarın 21-də “Arka” (Polşa) ilə qarşılaşacağı əvvəlcədən məlum idi.