bazar ertəsi, 05 may 2025

BİZİM FUTBOL

"Neftçi"nin keçmiş rəisi də deputatlığa namizəd oldu

06.01.2020 14:35 Oxundu 702


Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Cempion.az xəbər verir ki, "Neftçi"nin sabiq rəisi Güloğlan Cabbarov da deputat olmaq iddiasındadır.

O, 19 saylı Nərimanov 1-ci seçki dairəsindən öz namizədliyini irəli sürüb.

Cabbarov 2011-2013-cü illər aralığında paytaxt klubunda fəaliyyət göstərib. Ölkə kubokunun "Xəzər Lənkəran" - "Neftçi" finalında yaşanan məlum qalmaqallı olaydan sonra Cabbarov istefa vermişdi.