06.01.2020 15:29
333

2016-cı ildən Danimarka millisində baş məşqçinin əsas köməkçisi vəzifəsini yerinə yetirən ötənlərin məşhur hücumçusu Yon Dal Tomasson bundan sonra "Malmö"də çalışacaq.
Cempion.az xəbər verir ki, baş məşqçi kimi yalnız Niderlandın "Ekselsior" və "Roda" klublarında çalışmış 43 yaşlı mütəxəssisin İsveç klubuna təyinatını rəsmi "tvitter" səhifəsi açıqlayıb.
Tomasson bu postda almaniyalı Uve Rösleri əvəz edəcək. Klubun yaydığı xəbərə görə, danimarkalı yeni işinə rəsmən yanvarın 10-da başlayacaq.