06.01.2020 19:00
407

"Keşlə"də istirahət başa çatıb.
Cempion.az xəbər verir ki, paytaxt təmsilçisi "ASK Arena"da hazırlığa başlayıb.
Komandanın yeni transferi Şohruh Qodoyev də hazırlıqda iştirak edir.
"Keşlə" yanvarın 12-də Antalyaya yollanacaq. "Ağ-qırmızılar" ilk sınağında Almaniyanın III Bundesliqasında çıxış edən "Tsvikkau" ilə qarılaşacaq. Görüş yanvarın 17-də olacaq. Tərlan Əhmədovun komandası bu matçdan 5 gün sonra Tula "Arsenal"ı ilə qüvvəsini sınayacaq.
"Keşlə" Antalyada son oyununu yanvarın 24-də Slovakiyanın yüksək liqasında mübarizə aparan "Zemplin" klubuna qarşı keçirəcək.