bazar ertəsi, 05 may 2025

BİZİM FUTBOL

"Səbail" "Zirə"dən ayrılan futbolçunu istəyir

07.01.2020 12:00 Oxundu 372


Zaur Həşimovun gəlişindən sonra "Zirə"dəki əsas heyət mövqeyini itirən Bəxtiyar Həsənalızadə demək olar ki komandadan ayrılıb.

Cempion.az xəbər verir ki ona müvəqqəti əvəzedici komandada məşq edib özünə yeni klub tapması tapşırılıb.

Əldə etdiyimiz məlumaa görə "Səbail" Bəxtiyarın xidmətində maraqlıdır. Hazırda Aftandil Hacıyevə bu cür bir yerli müdafiəçi lazımdır. Əgər danışıqlar müsbət yekunlaşsa Həsənalızadə "Səbail"də icarə əsasında çıxış edəcək. Çünki "Zirə" ilə yaya kimi müqaviləsi var.