bazar ertəsi, 05 may 2025

DÜNYA FUTBOLU

Podolskiyə Meksikadan təklif

07.01.2020 09:00 Oxundu 338

Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edən Lukas Podolski karyerasını Meksikada davam etdirə bilər.

Cempion.az Almaniya mətbuata istinadən xəbər verir ki, 34 yaşlı hücumçu ilə “Monterrey” klubu yaxından maraqlanır.

Klubun Podolskinin transferi üçün artıq  “Vissel Kobe” ilə danışıqlara başladığı bildirillir.

Podolski ilə “Monterrey”lə yanaşı, Türkiyə və Braziliya klubları da maraqlanır.

Qeyd edək ki, Almaniya millisinin sabiq üzvü  bu mövsüm Yaponiya Liqasında 13 oyunda 5 qol vurub.