bazar ertəsi, 05 may 2025

DÜNYA FUTBOLU

"Barselona" Vidalla bağlı qərar verdi

07.01.2020 10:12 Oxundu 297

"Barselona"nın yarımmüdafiəçisi Arturo Vidalın komandadakı taleyinə aydınlıq gəlib.

Cempion.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu  çilili yarımmüdafiəçinin ən azı mövsümün sonuna qədər komandada qalmağına qərar verib.

Maliyyə şərtlərində klub rəhbərliyi ilə danışıqları alınmayan futbolçunun qış fasiləsində komandadan ayrılacağı gözlənilsə də, tərəflərin artıq razılığıa gəldiyi məlum olub.

Qeyd edək ki, Arturo Vidalın "Barselona" ilə müqavilə müddəti 2021-ci ilin yayına qədərdir.