cümə axşamı, 22 may 2025

BİZİM FUTBOL

Yeni yaranan "Xocalı" komandasında toplantı

07.01.2020 12:20 Oxundu 355


“Xocalı” Futbol Klubunun rəhbərliyi komandanın məşqçi heyəti ilə görüş keçirib.

Cempion.az xəbər verir ki, iclasda klubun prezidenti İlkin Hacıyev, icraçı direktor Vüqar Cəfərli, baş menecer Mirələm Həsənli, baş koordinator Azər Cabbarov və məşqçi heyəti iştirak edib.

Görüş zamanı rəhbərliklə məşqçi heyəti arasında fikir mübadiləsi aparılıb, gələcək planlar barədə söhbət açılıb. İclasda məşqçilərin təklifləri dinlənilib, rəhbərlik tərəfindən bəzi tövsiyyə və tapşırıqlar verilib.

İlkin Hacıyev əsas məqsədlərinin Azərbaycan futboluna yeni futbolçular bəxş etmək və müvafiq yaş qrupları üzrə milli komandalara çox sayda futbolçu vermək olduğunu bildirib.