bazar ertəsi, 05 may 2025

BİZİM FUTBOL

Gürcüstanda oynayan həmyerlimiz "Samtrediya"nı tərk edir

07.01.2020 14:00 Oxundu 458

Gürcüstanda çıxış edən həmyerlimiz Nicat Qurbanov böyük ehtimalla "Samtrediya"nı tərk edəcək.

Cempion.az xəbər verir ki Gürcüstan klubu ilə I Divizionda qalib olub yüksək liqaya yüksələn Qurbanov klub rəhbərliyi ilə razılığa gələ bilmir.

Daha dəqiq desək gürcü klubunun təklif etdiyi yeni müqavilə təklifi onu qane eləmir. Nicatın istədiyi məbləğ isə gürcülər üçün çox görünür.