07.01.2020 11:08
348


Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların transfer bazarındakı dəyəri yenilənib.
Cempion.az “transfermarkt”ə istinadən xəbər verir ki, Premyer Liqanın ən dəyərli futbolçuları “Qarabağ”da çıxış edir.
Ən bahalı futbolçu Abdulla Zubirdir. Fransalının dəyəri 1,6 milyondur. İkinci yerdə 1.3 milyon avro ilə Maksim Medvedev qərarlaşıb.
“Qarabağ” klubun digər legioneri Filip Ozobiç ilk “3-lük”də yerləşir. Bədavi Hüseynov, Mahir Emreli (hər ikisi 1,2 mln), Qara Qarayev və Ailton Silva (hər ikisi 1,1 mln) növbəti sıralarda gəlirlər.
Premyer Liqamızda ən bahalı heyət “Qarabağ”da (14,78 mln), ən ucuz isə “Qəbələ”dədir (4,73 mln).