bazar ertəsi, 05 may 2025

BİZİM FUTBOL

Emil Balayev heyətə daxil edilib

07.01.2020 11:53 Oxundu 321

"Tobol" komandası  yeni mövsümün hazırlıqlarına bu gün start verəcək.
Cempion.az klubun rəsmi saytına istinadən  xəbər verir ki, Qriqori Babayanın  komandası bu gündən yanvarın 27-ə qədər Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışı keçəcək.
Erməni mütəxəssisin təlim-məşq toplanışı üçün heyətində millimizin üzvü Emil Balayev də yer alıb.

Qeyd edək ki, E.Balayevin "Tobol"dan ayrılacağı iddia olunur.