07.01.2020 16:37
589


“Qəbələ” komandası qış transfer dönəmində ilk futbolçu keçidini rəsmiləşdirib.
Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, “qırmızı-qaralar” "Sumqayıt"dan ayrılan Ehtiram Şahverdiyevi heyətinə cəlb edib. 23 yaşlı yarımmüdafiəçi ilə 1,5 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan Ehtiram üç illik fasilədən sonra doğma komandasına qayıdıb. 2017-19-cu illərdə “Sumqayıt”ın şərəfini qoruyan yarımmüdafiəçi bunadək “qırmızı-qaralar”ın heyətində çıxış edib. O, 2015-2016-cı illər mövsümündə əsas komandada 2 oyun keçirib.