07.01.2020 17:00
342


Türkiyə millisinin sabiq üzvü Arda Turan “Başakşəhər”lə yollarını ayrıb
Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, onunla bu mövsümün sonunda başa çatacaq icarə müqaviləsi vaxtından əvvəl qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Verilən məlumata görə, müqavilə ilə "Barselona"ya məxsus olan Arda klub rəsmilərinə başqa komandaya keçmək istədiyini bildirib. Bundan sonra tərəflər yolları ayırmağa qərar veriblər.
Qeyd edək ki, Arda Turanın karyerasını "Qalatasaray"da davam etdirəcəyi iddia olunur.