bazar ertəsi, 05 may 2025

DÜNYA FUTBOLU

Mahrez ilin ən yaxşısı seçildi

08.01.2020 00:10 Oxundu 330

"Mançestir Siti"nin futbolçusu Riyad Mahrez Məğribdə 2019-cu ilin ən yaxşı oyunçusu seçilib.
Cempion.az xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi "France Football" nəşirinin sorğusunda "Ayaks"dan Hakim Ziyexi və Münhenqladbax "Borusiya"sından Bensebainini qabaqlayıb.
Məğrib orta əsrlərdə Şimali Afrika ölkələrinə verilən addır. Bura Əlcəzair, Liviya, Mavritaniya, Mərakeş və Tunis daxildir.

Qeyd edək ki, Mahrez bu mövsüm "MS" ilə Premyer Liqada 17 oyunda 5 qol vurub, 8 məhsuldar ötürmə edib.