bazar ertəsi, 05 may 2025

VOLEYBOL

Yığmamız Niderlandla bacarmadı

08.01.2020 00:47 Oxundu 364


Qadın voleybolçulardan ibarət milli komandamız 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində ilk oyununu keçirib.
Cempion.az xəbər verir ki, Niderlandın Apeldorn şəhərində keçirilən turnirdə ilk rəqib meydan sahibləri olub. Görüş yığmamızın 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qrupun digər oyununda Polşa Bolqarıstana qalib gəlib - 3:1 (23:25, 25:20, 25:19, 25:22).

Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu yanvarın 9-da Bolqarıstana qarşı keçirəcək. Yanvarın 8-də isə Bolqarıstan - Niderland qarşılaşması baş tutacaq.

Avropa Təsnifat Turniri
7 yanvar

22:30. Azərbaycan - Niderland - 0:3 (23:25, 18:25, 22:25)
Apeldorn (Niderland), "Omnisport" salonu