bazar ertəsi, 05 may 2025

BİZİM FUTBOL

"Keşlə" məşqçi axtarışına çıxdı

08.01.2020 14:00 Oxundu 413

Xəbər verdiyimiz kimi, oyun alqı-satqısında şübhəli bilinən "Keşlə"nin fiziki hazırlıq üzrə məşqçisi Mehman Babayev futboldan kənarlaşdırılıb.

Cempion.az xəbər verir ki, AFFA-nın gözlənilməz qərarından sonra sözügedən komandada fiziki hazırlıq üzrə məşqçi yeri boş qalıb.

Hazırda "Keşlə" bu posta yeni namizəd axtarır. Əldə etdiyimiz məlumata görə, namizədlər sırasında əcnəbilər də var.

Qeyd edək ki, Mehman Babayev hələ "Binə"də çalışarkən bu əməllə məşğul olurmuş və üstü bu yaxınlarda aparılan araşdırmalar nəticəsində açılıb.