08.01.2020 17:00
351

"Neftçi" rəhbərliyi komandada qalmasını istəmədiyi Rauf Əliyevlə görüşüb.
Cempion.az xəbər verir ki, ona müqaviləni qarşılıqlı razılaşma əsasında pozmaq təklif olunub. Ötən ilin yayında "Qəbələ"»dən gələn hücumçu bu şərti qəbul etməyib.
Əliyev bildirib ki, təklif aldığı klubların heç biri "Neftçi" qədər maaş vermir, o üzdən getmək fikri yoxdur. (sportinfo.az)