bazar ertəsi, 05 may 2025

DÜNYA FUTBOLU

Kolarov daha 1 il "Roma"da!

08.01.2020 11:43 Oxundu 344


“Roma” futbolçusu Aleksandr Kolarovla müqaviləni yeniləyib.

Cempion.az klubun saytına istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi daha bir il paytaxt təmsilçisində çıxış edəcək.

Yeni müqaviləyə əsasən, Kolarov 2021-ci ilin yayına qədər “canavarlar”ın uğurları üçün çalışacaq. Onun əvvəlki sözləşməsi bu mövsümün sonuna qədər idi.

Qeyd edək ki, serbiyalı futbolçu 2017-ci ilin yayında "Mançester Siti"dən “Roma”ya keçib. O, paytaxt təmsilçisində 113 oyuna çıxıb, 17 qol vurub.