bazar ertəsi, 05 may 2025

BİZİM FUTBOL

Azərbaycanın futzal yığmasının üzvü İspaniya klubuna keçdi

08.01.2020 14:21 Oxundu 347


Azərbaycanın futzal yığmasının üzvü Rafael Karvalyo Vilela dos Santos karyerasını İspaniyada davam etdirəcək.

Cempion.az xəbər verir ki, Braziliya əsilli futzalçı İspaniyanın "Palma" klubu ilə anlaşıb.

26 yaşlı oyunçu klubla daha iki il uzadıla bilməsi şərti ilə 2021-ci ilə qədər müqavilə imzalayıb. Son iki mövsümü Braziliyanın "Kopaqril" klubunda keçirən Karvalyo daha öncə "Araz"ın da şərəfini qoruyub.

Azərbaycan Futzal Federasiyasından "Report"a verilən xəbərə görə, DÇ-2020-nin elit-raund mərhələsində iştirak edəcək milli komandanın heyətində Karvalyonun da yer alacağı gözlənilir.

29 yanvar - 1 fevral tarixlərində Xorvatiyanın Osiek şəhərində keçiriləcək turnirdə Azərbaycan millisi C qrupunda Rusiya, Slovakiya və Xorvatiya ilə mübarizə aparacaq.

Qrup qalibiləri birbaşa final mərhələsinə yüksələcəklər, ikinci pilləni tutacaq komandalar isə pley-off oyunlarında üz-üzə gələcəklər.