bazar ertəsi, 05 may 2025

DİGƏR NÖVLƏR

Tokioya yollanacaq paralimpiya nümayəndə heyətimizin rəhbəri məlum oldu

08.01.2020 18:27 Oxundu 349


Azərbaycan Paralimpiya Komitəsi yayda Yaponiyanın paytaxtı Tokioda keçiriləcək paralimpiadaya yollanacaq nümayəndə heyətinin rəhbərini müəyyənləşdirib.

Cempion.az xəbər verir ki, paralmpiadada bu vəzifəni ("Chef de mission") Rauf Mürsəlov icra edəcək. 2011-ci ildən Milli Paralimpiya Komitəsində fəaliyyətə başlayan Mürsəlov hazırda İdman şöbəsinin müdiridir.

Qeyd edək ki, Azərbaycan güllə atıcılığı, atletika, üzgüçülük və pauerliftinq olmaqla “Tokio-2020” Paraimpiya Oyunlarına hələlik 7 lisenziya qazanıb. Ölkəmizin Yaponiyada 7 idman növü üzrə 32 atletlə təmsil olunacağı proqnozlaşdırılır.

 

Olimpiadada nümayəndə heyətinin rəhbəri isə Anar Bağırov olacaq.