08.01.2020 11:26
316


Azərbaycan Premyer Liqa komandaları "Sabah" və "Zirə" təlim-məşq toplanışının ikinci mərhələsi üçün bu gün səhər saatlarındaTürkiyəyə yola düşüb.
Cempion.az xəbər verir ki, "Sabah" və "Zirə" yanvarın 22-dək Antalyada toplanış keçəcək.
Qeyd edək ki, "Sabah" toplanış çərçivəsində “Pakş” (Macarıstan - 11 yanvar), “Akademika Klinçeni” (Rumıniya - 15 yanvar), “Kaysar”la (Qazaxıstan - 19 yanvar) qarşılaşacaq. Yanvarın 20-dəki rəqib hələ məlum deyil. "Zirə" isə “Ümraniyespor” (Türkiyə - 11 yanvar), “Sepsi” (Rumıniya - 16 yanvar), “Napredak”la (Serbiya - 21 yanvar) üz-üzə gələcək.