05.08.2016 03:10
354
354
Rusiyanın daha bir idman növü üzrə yığması Rio-2016-ya buraxılıb. Şimal qonşularımızın cüdo millisi Olimpiadada tam heyətlə iştirak edəcək.
Bu barədə qərarı Beynəlxalq Cüdo Federasiyası qəbul edib. Rusiya yığması yarışda 11 idmançı ilə təmsil olunacaq. Bunların 7-si kişi, 4-ü qadın cüdoçudu.
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi iyulun 24-də Rusiya yığmasının tamamilə Olimpiadadan kənarlaşdırılmasına qərar verib. Ayrı-ayrı növlər üzrə yığmaların iştirakı ilə bağlı qərar çıxarmaq müvafiq beynəlxalq federasiyalara tapşırılıb.