bazar ertəsi, 05 may 2025

BİZİM FUTBOL

Azərbaycan millisi Latviya ilə görüşəcək

08.01.2020 11:57 Oxundu 456

Azərbaycan yığması Latviya ilə yoldaşlıq görüşü keçirəcək. 
Cempion.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.
O bildirib ki, Latviya ilə görüş Malta ilə bu il martın 30-da keçiriləcək görüşdən əvvəl təşkil olunacaq. 
E.Məmmədov iyunda Uelsə yoldaşlıq görüşünün təşkili barədə də danışıqlar apardıqlarını söyləyib. Bu matçın isə AVRO-2020 ərəfəsində keçiriləcəyi gözlənilir.