bazar ertəsi, 05 may 2025

DİGƏR NÖVLƏR

Azərbaycanlı idmançı "Seriya A"-da

08.01.2020 14:18 Oxundu 415

Azərbaycan karateçisi İrina Zaretska Çilinin paytaxtı Santyaqoya yollanıb. 
Cempion.az federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, qadın idmançımız yanvarın 10-da başlayacaq Karate1 Seriya A turnirində iştirak edəcək. Millimizin lideri 3 gün davam edəcək yarışda 68 kq çəki dərəcəsində mübarizə aparacaq. 
Dünya və olimpiya reytinqinə başçılıq edən Zaretska Cənubi Amerikaya qadınlardan ibarət yığmanın baş məşqçisi Denis Morozovun rəhbərliyi altında gedib. Dünya Karate Federasiyasının (DKF) bayrağı altında keçiriləcək turnirə 65 ölkədən 466 idmançı qatılacaq. Yarışın hər bir mərhələsi idmançılara olimpiya reytinq xalları qazandıracaq.
Xatırladaq ki, bu, 2020-ci ildə karate üzrə ilk sınaq olacaq.