08.01.2020 14:54
343


Darko Kovaçeviç Yunanıstanın paytaxtı Afinadakı evinin önündə silahlı hücuma məruz qalıb.
Cempion.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı keçmiş hücumçu naməlum şəxslərin maşından düşərək ona silahla hədəfə aldığlarını söyləyiblər. Kovaçeviç yayınmaq üçün yerə yıxılıb, ayağından yaralanan futbolçu xəstəxanaya çatdırılıb.
Daha sonra cinayətkarlar Kovaçeviçin maşnını yandırıblar.
Qeyd edək ki, Darko Kovaçeviç 1999-2011-ci illərdə "Yuventus"da çıxış edib. O, əsasən, 2002-2007-ci illərdə "Real Sosyedad"dakı oyununa görə tanınıb. Forvard Yuqoslaviya, Serbiya və Çernoqoriya yığmalarının da formasını geyinib.