08.01.2020 15:23
315


Qarabağın sabiq üzvü Tarik Əlyunussi Yaponiya klubuna transfer olub.
Cempion.az Norveç mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi bundan sonra Yaponiyanın yüksək liqasında çıxış edən “Şonan Bellmar” klubunun şərəfini qoruyacaq. Tərəflər arasında rəsmi müqavilə yaxın günlərdə imzalanacaq.
Qeyd edək ki, 2017-ci ildə icarə əsasında “Olimpiakos”dan “Qarabağ”a transfer olunan futbolçu, Ağdam klubunun heyətində 4 oyuna çıxıb. O, “Qarabağ”dan ayrıldıqdan sonra İsveçin "AİK" komandasında çıxış edib.