08.01.2020 15:46
410


Şotlandiya Premyer Liqasında 2019-cu ilin dekabr ayının ən yaxşı baş məşqçisi məlum olub.
Cempion.az. xəbər verir ki, bu barədə Qlazqo təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, “Reyncers” komandasını çalışdıran ingiltərəli Stiven Cerrard 2019-cu ilin ən yaxşı baş məşqçisi seçilib.
Qeyd edək ki, Şotlandiya təmsilçisi Cerrardın rəhbərliyi ilə dekabrda çıxdığı 8 oyunda 5 qələbə qazanıb, 1 dəfə məğlub olub. Qlazqo təmsilçisi Şotlandiya Premyer Liqasında 19 oyuna 50 xal toplayaraq 2-ci sıradadır. Bir oyun az keçirən “Reyncers” lider “Seltik”dən 2 xal geridədir.