08.01.2020 16:02
366


Bu gün “Bulvar oteldə” AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Cempion.az xəbər verir ki, yanvarın 28-də AFFA-nın növbəti Konfransının keçirilməsi qərara alınıb. Həmin vaxta qədər isə Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə namizədlər müəyyənləşdiriləcək və növbəti Konfransdan sonra İcraiyyə Komitəsinin ilk iclasında siyahı təqdim olunacaq.
Qeyd edək ki, AFFA Avro-2020-nin seçmə mərhələsində millimizə başçılıq edən Nikola Yurçeviçlə ötən ilin sonunda yollarını ayırıb.